• Bakı C

    11.33 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Türkiyə parlamentində Xocalı soyqırımının anım mərasimi keçiriləcək

SİYASƏT

21 Fevral 2026 | 22:29

Türkiyə parlamentində Xocalı soyqırımının anım mərasimi keçiriləcək

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).

TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.

Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) də iştirakı gözlənilir.


SON XƏBƏRLƏR

21 Fevral 2026
20 Fevral 2026