• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan və Pakistan XİN başçıları müzakirələr aparıblar - YENİLƏNİB

SİYASƏT

21 Fevral 2026 | 23:28

Azərbaycan və Pakistan XİN başçıları müzakirələr aparıblar - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yaylb.

21 fevral 2026-cı il tarixində baş tutan telefon danışığı zamanı iki ölkə arasında tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığında həmçinin Yaxın Şərqdə son inkişaflar, Vaşinqtonda Sülh Şurasının ilk iclasından irəli gələn məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

***

20:36

Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq prosesləri, o cümlədən Vaşinqtonda keçirilmiş ilk Sülh Şurası iclasını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə pakistanlı diplomat "X" hesabında yazıb.

Nazirlər qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026