• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Günəş və Ay tutulmalarının tarixləri açıqlandı

CƏMİYYƏT

25 Dekabr 2025 | 11:28

Günəş və Ay tutulmalarının tarixləri açıqlandı

2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq.

“İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

24 Dekabr 2025