Suriyanın daxili təhlükəsizlik qüvvələri paytaxt Dəməşq ətrafında keçirdikləri xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının şəhər üzrə liderini saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə əyalət Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallati bu barədə “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, xüsusi təyinatlı qüvvələr hərbi kəşfiyyat və beynəlxalq koalisiya ilə koordinasiyalı şəkildə Muadamiyyə bölgəsində əməliyyat həyata keçirib.
Əməliyyat nəticəsində Dəməşqdə fəaliyyət göstərən terror qrupunun rəhbəri Taha əl-Zuabi və onun bir neçə silahlı üzvü ələ keçirilib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərdən partlayıcı kəmərlər və müxtəlif silahlar müsadirə olunub.
General əl-Dallati bildirib ki, əməliyyat yerli sakinlərin terrorçu dəstənin mövcudluğu ilə bağlı verdiyi məlumatlar əsasında planlaşdırılıb və icra edilib./Qafqazinfo
Bakı 




