Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsiilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
***
11:28
Qaradağda baş verən yol qəzasında 2 nəfər ölüb.
Bakıvaxtı.az TƏBİB-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı çağırış qeydə alınıb.
Məlumata əsasən, hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
İki nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
10:51
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Bakıvaxtı.az Milli.Az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.
Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.
Bakı 




