Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən "Şerloks" restoranında hesaba görə səs-küy salan şəxs həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü K.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs "Şerloks" restoranında dostunun ad gününü qeyd edib. Yanvarın 19-na keçən gecə, saat 02:00 radələrində pulu ödəyib çıxmaq istəyəndə, hesabın artıq yazıldığını görərək administratorla mübahisə edib.
Hadisə yerinə polis əməkdaşları çağrılıb. O, əsəbi vəziyyətdə söyüşlər söyüb. K.V. söyüş söydüyünə görə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati həbs olunub.
Bakı 




