• Bakı C

    10.95 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Göyçayda zəncirvari qəza - Xəsarət alan var

HADİSƏ

23 Fevral 2026 | 08:56

Göyçayda zəncirvari qəza - Xəsarət alan var

Göyçayda zəncirvari yol qəzası baş verib. Hadisə gecə saatlarında Göyçay–Bərgüşad avtomobil yolunun rayonun Türkmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, üç minik avtomobilinin iştirakı ilə baş verən yol qəzası zamanı bir nəfər xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xüsusi alət və avadanlıqların köməyi ilə əzilmiş metal konstruksiya kəsilərək sürücü xilas olunub və Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları da cəlb olunub. Qəzaya uğramış avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılıb, digər hərəkət iştirakçılarının təhlükəsiz hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

22 Fevral 2026