Xalq artisti Röya Ayxan müğənni Şəbnəm Tovuzlunun doğum günündə onunla yaşanan anlaşılmazlıqdan danışıb.
Bakıvaxtı.az xəbər verir ki, "Elgizlə izlə" verilişində qonaq olan Röya mahnı ifa edərkən səhnədə başqalarının olmasından xoşlanmadığını deyib.
"Mən səhnəyə çıxanda kimsə ora çıxarsa, çox əsəbiləşirəm. Səhnə mənimdir. Şəbnəm xanımın da ad günündə səhnəyə o qədər adam çıxdı ki, öz performansımı göstərə bilmədim. Elçinlə də dueti hədiyyə etmişdik. Səhnə boş olmalıydı. Mən bir əzizim olaraq, ona dedim ki, düşün tamaşaçı kimi izləyin. Gərək deməzdim. Mənim dəliliyimə bağışlayın", - deyə Röya bildirib.
Müğənni qeyd edib ki, Şəbnəm Tovuzlu bu davranışa görə ondan inciməyib.
Bakı 




