• Bakı C

    7.68 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Keçmiş gitaraçı vəfat etdi

ŞOU

23 Yanvar 2026 | 22:14

Keçmiş gitaraçı vəfat etdi

Almaniyanın "Scorpions" rok qrupunun keçmiş gitaraçısı Frensis Buxholts vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" nəşri musiqiçinin həyat yoldaşının sosial şəbəkə hesablarına istinadən xəbər verir.

Buxholts yanvarın 22-də xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun 71 yaşı var idi.

O, 1965-ci ildə Hannoverdə əsası qoyulmuş "Scorpions" qrupunun 1973-cü ildən 1992-ci ilə qədər gitaraçısı olub. Qrupun 19 studiya albomundan 10-u məhz Buxholtsun iştirakı ilə yazılıb.


SON XƏBƏRLƏR