• Bakı C

    9.94 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Eyyub Yaqubov tanınmaz halda - VİDEO

ŞOU

22 Fevral 2026 | 12:42

Eyyub Yaqubov tanınmaz halda - VİDEO

Xalq artisti Eyyub Yaqubovun gənclik illərinə aid arxiv videosu sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

Bakıvaxtı.az milli.az-a istinadla xəbər verir ki, 1991-ci ilə aid olduğu bildirilən kadrlarda sənətçi pianoda ifa edərək canlı mahnı səsləndirir.

Görüntülərdə Eyyub Yaqubovun həm ifa tərzi, həm də səhnə davranışı diqqət çəkir. İzləyicilər xüsusilə sənətkarın gənclik enerjisini və yaraşıqlı görünüşünü vurğulayıblar. Paylaşımların altında "Xarizmatik olub", "Gənclik illərində çox yaraşıqlı imiş", "Canlı ifası möhtəşəmdir" kimi çoxsaylı rəylər yer alıb.

Kadrlarda müğənninin pianoda müşayiətlə mahnını canlı oxuması onun musiqi duyumunu və peşəkarlığını bir daha nümayiş etdirir. Bir çox izləyici qeyd edib ki, illər keçsə də, sənətkarın səsi və ifa üslubu özünəməxsusluğunu qoruyub saxlayıb.


SON XƏBƏRLƏR

21 Fevral 2026