Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl serialın ilk bölümündə qeyri-etik ifadələrin işlədildiyi üçün ARB kanalı cəzalandırılıb. Audiovizual Şuranın kanalın yayımının müvəqqəti dayandırılacağını açıqlayıb. Bildirilib ki, qurum həmin kadrları "Media haqqında” qanunun tələblərinə zidd sayıb. Nəticədə "ARB” kanalının yayımının 3 saatlıq dayandırılmasına qərar verilib.
"Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.
Bakı 




