• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Əməkdar artist Vəfaya QADAĞA QOYDU: "100 min manat da versə..."

ŞOU

14 Fevral 2026 | 15:22 | Müəllif: Subhan Mahmudov

Əməkdar artist Vəfaya QADAĞA QOYDU: "100 min manat da versə..."

Müğənni Vəfa Şərifovanın ifa etdiyi mahnının "oğurluq" olduğu iddiası efirdə üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ "Rəngarəng" verilişində müzakirə olunub və tərəflər arasında gərginlik yaşanıb.

Bildirilib ki, Əməkdar artist Könül Kərimova həmkarına öz repertuarında yer alan "Yar başına dönüm" adlı mahnını oxumağa qadağa qoyub. Vəfa Şərifova sözügedən mahnının sözlərini dəyişdirərək "Ata" adı ilə ifa edib.

Könül Kərimova məsələyə sərt münasibət bildirib. O, qeyd edib ki, mahnı olduğu kimi oxunarsa, buna etirazı yoxdur. Lakin bəstənin sözlərinin dəyişdirilərək təqdim olunmasını qəti şəkildə qəbul etmir. Əməkdar artist vurğulayıb ki, həmin mahnı onun sənət fəaliyyətində xüsusi yer tutur və sözlərinə toxunulması yolverilməzdir.

Kərimova hətta bildirib ki, bu məsələ maddi tərəflə bağlı deyil. Onun sözlərinə görə, 100 min manat təklif olunsa belə, mahnının mətninə dəyişiklik edilməsinə icazə verməz. Sənətçi əlavə edib ki, özü belə həmin mahnının sözlərinə müdaxilə etməyi düşünməz.

Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR