• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Polşanın Fransadakı səfiri saxlanıldı

DÜNYA

24 Dekabr 2025 | 23:43 | Müəllif: Subhan Mahmudov

Polşanın Fransadakı səfiri saxlanıldı

Polşanın Fransadakı səfiri Yan Roşişevski saxta MBA diplomları ilə bağlı korrupsiya şübhəsi çərçivəsində Polşanın Antikorrupsiya Bürosu tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Goniec məlumat yayıb.

Məlumata görə, araşdırma dövlət şirkətlərinin müşahidə şuralarında təmsilçilik üçün istifadə edildiyi iddia olunan Collegium Humanum ali məktəbinin saxta MBA diplomları ilə əlaqəlidir.

Eyni iş üzrə Hüquq və Ədalət partiyasından keçmiş deputat və Avropa Parlamenti üzvü Maks Kraçkovski, eləcə də PKO ilə bağlı bankir Pavel P. də saxlanılanlar arasındadır.

İstintaq materiallarında bildirilir ki, Kraçkovski bir sıra şəxslərə, o cümlədən Roşişevskiyə bu diplomların əldə edilməsində vasitəçilik edib. Araşdırma davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026