• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

BƏƏ Prezidenti nümayəndələrlə görüşdü

DÜNYA

23 Yanvar 2026 | 21:48 | Müəllif: Subhan Mahmudov

BƏƏ Prezidenti nümayəndələrlə görüşdü

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclasında iştirak edən Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Şeyx iştirakçılara uğurlu danışıqlar və uzun müddətdir davam edən münaqişənin həllinə töhfə verəcək müsbət nəticələr arzulayıb. O, BƏƏ-nin tərəflərin maraqlarını nəzərə alan Ukrayna böhranının həlli yollarının tapılmasına yönəlmiş bütün təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, üçtərəfli qrupun Əbu- Dabidə keçirilən görüşü şənbə günü də davam etdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026