• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Hobbit"lərin 61 min il əvvəlki sirri AÇILDI

DÜNYA

22 Fevral 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

"Hobbit"lərin 61 min il əvvəlki sirri AÇILDI

Beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, "Homo floresiensis" - kiçikboylu qədim insanın ("hobbit") yox olmasında iqlim dəyişikliyi əsas rol oynaya bilər.

Bakıvaxtı.az xəbər verir ki, araşdırma "Communications Earth & Environment" jurnalında dərc olunub.

Aparılan analizləe göstərib ki, 76 000 il əvvəl başlayan quraqlıq 61 000 - 55 000 il ərzində maksimum həddə çatıb. Bu dövrdə su mənbələri azalıb, qida obyektləri olan kiçik fillərin sayı da kəskin azalıb və nəticədə "hobbit"lər yox olublar.

Alimlər, həmçinin istisna etmirlər ki, "Homo floresiensis" qida və su axtararkən "Homo sapiens" ilə qarşılaşa bilərdi, bu da onların yox olmasına təsir göstərmiş ola bilər.

"Bəlkə də, iqlim dəyişikliyi müasir insanlarla təmasın baş verməsi üçün şərait yaradıb. Bu mənada quraqlıq onların sonda yox olması üçün fon ola bilər", - tədiqiqatçılar belə ehtimal edirlər./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026