Qarabağdan qayıdan on bir vətəndaş artıq respublikadadır və onlara bütün lazımi yardım göstəriləcək.
Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.
Qarabağda etnik erməni və ya Ermənistan vətəndaşlarının qalıb-qalmadığı soruşulduqda, Arsen Torosyan şərh vermək üçün heç bir məlumatının olmadığını söyləyib. Qarabağda iki ildən çox yaşadıqdan sonra köçürülmə ərizələrinin təqdim edilməsinin səbəblərini şərh edən nazir bildirib ki, əgər Ermənistan vətəndaşları geri qayıtmaq və ölkədə yaşamaq istəyirlərsə, dövlət onlara belə bir fürsət yaratmağa borcludur və digər hallar əhəmiyyətsizdir.
Qeyd edək ki, Azərbaycan Qarabağda qalan 10 erməni və 1 rus əsilli şəxsi onların öz istəyi əsasında Ermənistana göndərib.
Bakı 




