• Bakı C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Qəsdən törədilən hücumlarda 21 əməkdaşımız öldürülüb - BMT

DÜNYA

23 Yanvar 2026 | 22:54

Qəsdən törədilən hücumlarda 21 əməkdaşımız öldürülüb - BMT

2025-ci ildə qəsdən törədilən hücumlar nəticəsində azı 21 BMT əməkdaşı - 12 sülhməramlı və 9 mülki şəxs həlak olub.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin Beynəlxalq mülki xidmətin təhlükəsizliyi üzrə daimi komitəsinin cümə axşamı günü yaydığı hesabatda yer alıb.

Hesabatda qeyd edilir ki, buraya təşkilatın Qəzza müharibəsi zamanı həlak olan əməkdaşları daxil deyil, çünki onlar qəsdən törədilən hücumların hədəfi olmayıb.

Komitənin məlumatına görə, həyatını itirən BMT işçilərindən altısı banqladeşli, beşi sudanlı, ikisi cənubi afrikalı olub. Qalanları Cənubi Sudan, Uruqvay, Tunis, Ukrayna, Bolqarıstan, Fələstin, Keniya və Zambiyadan olanlardır.

2024-cü ildə qəsdən törədilən hücumlarda 5, 2023-cü ildə isə 11 BMT əməkdaşının həlak olduğu bildirilir.


SON XƏBƏRLƏR

23 Yanvar 2026