• Bakı 13° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Xaçmazda iki ildir axtarılan kişi qətlə yetirilibmiş - Saxlanılan var

HADİSƏ

24 Dekabr 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

Xaçmazda iki ildir axtarılan kişi qətlə yetirilibmiş - Saxlanılan var

Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Bakıvaxtı.az-ın “Qafqazinfo"ya istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026