• Bakı C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Yol hərəkəti qaydalarını pozdular - İşıqforları yararsız vəziyyətə saldılar

    HADİSƏ

    23 Yanvar 2026 | 15:26

    Yol hərəkəti qaydalarını pozdular - İşıqforları yararsız vəziyyətə saldılar

    Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Bakıvaxtı.az-a verilən məlumata görə, minik avtomobillərindən biri işıqforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb.

    Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb. NİİM-in əməkdaşları işıqforların bərpa olunması üçün dərhal işə başlayıblar.

    Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub.

    Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd piyada işıqforuna zərər dəyib.


    SON XƏBƏRLƏR