• Bakı C

    11.26 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Gəncədə tələbə futbol oynayarkan vəfat etdi - YENİLƏNİB

HADİSƏ

21 Fevral 2026 | 21:40

Gəncədə tələbə futbol oynayarkan vəfat etdi - YENİLƏNİB

Gəncədə futbol oynayarkən vəfat edən tələbə, 19 yaşlı Təbriz Nuriyev Quba rayonundandır.

Bakıvaxtı.az xəbər verir ki, o, Aqronomluq fakültəsinin ikinci kurs tələbəsidir.

Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Mərhumun ürək tutmasından vəfat etdiyi ehtimal olunur.

***

21:12

Gəncədə universitet tələbəsi vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.

Hazırda tələbənin şəxsiyyəti dəqiqləşdirilir. Onun Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi olduğu ehtimal olunur./Teleqraf


SON XƏBƏRLƏR

20 Fevral 2026