• Bakı C

    7.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırdı - Saxlanıldı 

HADİSƏ

21 Fevral 2026 | 15:26

Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçırdı - Saxlanıldı 

Binəqədi rayonunda çalışdığı avtoyuma məntəqəsində "Hyundai" markalı avtomobili qaçıran şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

20 Fevral 2026