• Bakı C

    7.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Mağaza və evlərdən silsilə oğurluq olub - Saxlanılan var

HADİSƏ

21 Fevral 2026 | 16:02

Mağaza və evlərdən silsilə oğurluq olub - Saxlanılan var

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs Zabrat qəsəbəsində yerləşən market, eləcə də üç evdən pul, təmir-tikinti alətləri və məişət əşyaları talayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sabunçu RPİ-nin 15-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, bir müddət müşahidə aparıb zərərçəkənlərin evdə olmadığını dəqiqləşdirdikdən sonra mağaza və evləri talayıb.

Zabrat qəsəbəsində keçirilən digər tədbir nəticəsində isə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı R.Poladov da saxlanılıb.

Faktlar üzrə araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Fevral 2026