• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yaralanan FHN əməkdaşının SON DURUMU - YENİLƏNİB 

HADİSƏ

21 Fevral 2026 | 16:54 | Müəllif: Zeynəb Rzayeva

Yaralanan FHN əməkdaşının SON DURUMU - YENİLƏNİB

Ələt-Astara magistralında avtomobildə baş vermiş yanğını söndürərkən maşın vuran FHN əməkdaşının vəziyyəti qənaətbəxşdir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunan 1989-cu il təvəllüdlü şəxsə sağ yuxarı və aşağı ətrafların səthi travması diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə zamanı bir FHN əməkdaşının həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14:05

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. 

Bakıvaxtı.az görüntünü təqdim edir:

***

10:35

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, E.Tağıyevin həyati təhlükəsi yoxdur.

    Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    ***

    09:34

     

    Salyan rayonunda yanan avtomobili söndürmək istəyən iki nəfəri maşın vurub, biri ölüb, digəri xəsarət alıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında qeydə alınıb.

    Belə ki, yanan avtomobili söndürmək üçün iki nəfər köməyə gəlib. Bu zaman digər nəqliyyat vasitəsi onları vurub. Avtoqəza nəticəsində bir nəfər hadisə yerində ölüb, digəri, Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır. (Report)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR