Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs zərərçəkənin “Lexus” markalı avtomobilinin şüşəsini sındıraraq içərisindən 2100 manat, bank kartları və sənədlərini talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun elə həmin gün eyni üsulla “Changan” markalı digər avtomobildən də bank kartları oğurladığı, daha sonra isə kart hesabında olan pul vəsaitini nağdlaşdırdığı məlum olub.
Xətai rayonunda keçirilən tədbir zamanı isə qəssab dükanından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı V.Abbasov da saxlanılıb.
Faktlar üzrə araşdırmalar davam etdirilir.
Bakı 




