• Bakı C

    11.49 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

TTKF-yə edilən vətəndaş müraciətləri nə qədərdir?

CƏMİYYƏT

25 Dekabr 2025 | 10:43

TTKF-yə edilən vətəndaş müraciətləri nə qədərdir?

Təhsil Tələbə Kredit Fondunun (TTKF) fəaliyyətində vətəndaş müraciətlərinə operativ və əlçatan şəkildə cavab vermək əsas prioritetlərdən biridir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Bəhruz Əzimov deyib ki, Fond fəaliyyət göstərdiyi müddətdə respublikanın bütün şəhər və rayonlarından daxil olan müraciətləri nəzərdən keçirib və cavablandırıb. İndiyədək 1500-dən çox vətəndaşa Fondun ofisində xidmət göstərilib, DMS və TMS platformaları vasitəsilə daxil olan yüzlərlə müraciətə baxılıb və cavab verilib.

Sədr əlavə edib ki, çağrı mərkəzi və ofis xətti ilə on minlərlə zəng qəbul olunub, sosial media platformaları üzərindən isə 120 mindən çox sorğu cavablandırılıb. Bu göstəricilər Fondun vətəndaş məmnuniyyətinə və şəffaf fəaliyyət prinsiplərinə verdiyi önəmin bariz nümunəsidir.


SON XƏBƏRLƏR

24 Dekabr 2025