Ukrayna sərhəd qoşunları Rusiyanın cənub cəbhəsindəki "Murom-M" uzaqmənzilli müşahidə sistemini və iki elektron müharibə stansiyasını məhv edib.
Bakıvaxtı.az Ukrinform-a istinadən xəbər verir ki, dron operatorları kamuflyaj edilmiş düşmən stansiyalarını aşkar edərək zərbə endiriblər.
Həmin gecə Ukrayna hava kəşfiyyatı əlavə düşmən mövqelərini müəyyən edərək məhv edib.
Qeyd edək ki, bundan öncə "Furia" zərbə dronları Rusiyaya məxsus artilleriya topu, tank və bir neçə nəqliyyat vasitəsini sıradan çıxarmışdı.
Əli Hüseynov
Bakı 




