• Bakı C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Xarkova PUA HÜCUMU: 19 nəfər...

DÜNYA

24 Yanvar 2026 | 10:16

Xarkova PUA HÜCUMU: 19 nəfər...

Rusiya Silahlı Qüvvələri şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Xarkov vilayətinə kütləvi zərbələr endirib, nəticədə 19 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov öz teleqram kanalında məlumat yayıb.

"Xarkova PUA hücumu nəticəsində xəsarət alanların sayı artaraq 19-a çatıb", - o yazıb.

Xarkov vilayəti üzrə Milli Polisin Baş İdarəsinin məlumatına görə, zərbələr xüsusilə Xarkovun İndustrialnı və Nemışlyanski rayonlarına endirilib.

"Çoxmənzilli və fərdi evlər, yataqxana, iki tibb müəssisəsi zərər görüb, yanğınlar yaranıb", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

23 Yanvar 2026