• Bakı C

    11.49 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

HADİSƏ

25 Dekabr 2025 | 10:45

Narkotik vasitənin təsiri altında olan sürücü saxlanıldı

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün Yol Patrual Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, sürücünün,  eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.


SON XƏBƏRLƏR

24 Dekabr 2025