• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Bəhruz Əzimov: “Təhsil krediti” bank krediti ilə eyniləşdirilməməlidir

CƏMİYYƏT

25 Dekabr 2025 | 11:36

Bəhruz Əzimov: “Təhsil krediti” bank krediti ilə eyniləşdirilməməlidir

Prezidentin fərmanından sonra Fondun infrastrukturunun qurulması, komanda formalaşdırılması, rəqəmsal sistem və elektron portalın işə salınması prosesində bir sıra çətinliklər yaşanıb. Həm müəssisələrlə, həm banklarla inteqrasiya və real vaxt rejimində proseslərin səmərəli həyata keçirilməsi üçün müxtəlif maneələr mövcud olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Əzimov vurğulayıb ki, bu çətinliklərin böyük hissəsi artıq həll olunub və daha təkmil sistemin hazırlanması davam edir. O bildirib ki, vətəndaşlar arasında “təhsil krediti” anlayışı bəzən yanlış başa düşülür və qorxu yaradır, çünki onu yalnız bank krediti kimi qəbul edirlər. Fondun əsas məqsədi vətəndaşlara çatdırmaqdır ki, bu kredit dövlət tərəfindən təmin edilir, uzunmüddətli və güzəşli şərtlərlə verilir.

Sədrin sözlərinə görə, bu mesajı respublika səviyyəsində tam əhatə etmək hələ də çətinlik yaradır, lakin təbliğat-təşviqat işləri, media dəstəyi və sosial media vasitəsilə vətəndaşlara kreditin mahiyyəti izah olunur.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 Dekabr 2025