Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfəri ilə bağlı müvafiq hazırlıq işləri aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a müsahibəsində İranın Azərbaycandakı səfir Müctəba Dəmirçilu bildirib.
Onun sözlərinə görə, yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir:
"Cənab Prezident Məsud Pezeşkianın Bakıya və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzrə müvafiq hazırlıq işləri aparılır. Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Dövlət başçıları arasında mövcud səmimi və dostluq münasibətləri isə bu prosesə mühüm töhfə verir".
Bakı 




