Türkiyə Həvəskarlar Liqasında qalmaqallı matç gündəm olub.
Bakıvaxtı.az xəbər verir ki, “Kurtalanspor”la “Şırnak Petrolspor” arasında keçirilən oyunda qonaq komanda rəqibinə bilərəkdən uduzduğu iddia edilib.
Belə ki, “Şırnak Petrolspor” 4:1 qələbə qazanarkən klubun prezidenti Sedat Ceylan ehtiyat oyunçular skamyasına yaxınlaşaraq matçı uduzmalı olduqları barədə baş məşqçiyə göstəriş verib.
Baş məşqçi Hüseyin Batur isə etdiyi dəyişikliklərlə komandanın əsas oyunçularını meydandan çıxarıb. Nəticədə “Kurtalanspor” son 25 dəqiqədə 4 qol vuraraq 5:4 hesablı qələbəyə sevinib.
Qarşılaşmadan sonra “Şırnak Petrolspor” futbolçuları baş məşqçinin oyun satdığını bildirən açıqlamalar yayıblar.
Emre Karaman matçı instaqram paylaşımında bunları yazıb: “Oyun satan şerefini, namusunu satar. Hüseyin Batur oyunu satıb. Bu çirkli işlerle məşğul olan kim varsa, Allah bəlasını versin”.
.jpg)
Şenol Yıldırım da baş məşqçini günahlandırıb: “Dəfələrlə matç zamanı “Kurtalanspor”un məşqçiləri və futbolçuları matçdan əvvəl hər mövzuda razılaşdıqlarını bildiriblər. Edilən oyunçu dəyişiklikləri bunu tam şəkildə göstərib. Beş qəpik belə pul almadan, ağrıkəsici iynələrlə matçlara çıxmışam. Hər kəs bunun hesabını verəcək və hər kəs gedəcək. Heç kimə haqqımı halal etmirəm”.
.jpg)
Bu matçın Türkiyə Futbol Federasiyası tərəfindən araşdırılacağı bildirilir.
Bakı 




