• Bakı 17° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

"Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir" - Kaleb Orr

SİYASƏT

02 Iyun 2026 | 18:22

Azərbaycanla münasibətlər ABŞ üçün prioritetdir - Kaleb Orr

"ABŞ ilə Azərbaycan arasında münasibətlər Birləşmiş Ştatlar üçün prioritetlərdən biridir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bəyan edib.

"ABŞ və Azərbaycan arasındakı münasibətlər Birləşmiş Ştatlar və Tramp administrasiyası üçün əsas prioritetlərdən biridir, çünki biz Cənubi Qafqaz regionunda yeni sülh dövrü açmağa çalışırıq", - o bildirib.

Orr səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə və iqtisadiyyat naziri Mikayıl Cabbarova, eləcə də bütün Azərbaycan nümayəndə heyətinə minnətdarlığını bildirib.

"Münasibətlərimiz fəal şəkildə inkişaf edir və bu, yalnız başlanğıcdır. Səfərim zamanı Azərbaycana investisiya qoyan ABŞ şirkətlərinin nümayəndələri ilə ünsiyyətdə oldum və gələcəkdə ölkədə biznesin daha da genişləndirilməsi üçün mövcud imkanlar barədə eşitdim", - o qeyd edib.


SON XƏBƏRLƏR