• Bakı 16° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Bakıda narkotik əməliyyatı - saxlanılanlar var

HADİSƏ

04 May 2026 | 12:07 | Müəllif: Əli Hüseynov

Bakıda narkotik əməliyyatı - saxlanılanlar var

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt ərazisində keçirilən tədbirlər zamanı Cavid Zamanov, Ehtiram Abdullayev və İlkin Baxşıyev saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

    Onlardan 71 kq tiryək, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 13 min ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici narkotacirlərin tapşırığı ilə narkokuryerlik etdikləri müəyyən edilib.

    Faktla bağlı cinayət işləri başlanılıb,saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR