• Bakı 17° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO

HADİSƏ

02 Iyun 2026 | 16:52

Beş yaşlı Onurun faciəli ölümünün TƏFƏRRÜATI - VİDEO

Cəlilabad rayonunun Uzuntəpə kəndində bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, kənd sakini, 5 yaşlı Zamanov Onur Amil oğlu həyətdə oynadığı zaman bir müddət nəzarətsiz qalıb. Az sonra onun evin ətrafından uzaqlaşdığı müəyyən edilib. Ailə üzvləri və yaxınları azyaşlını axtarmağa başlayıblar, lakin onu tapmaq mümkün olmayıb. Daha sonra uşağın evdən o qədər də uzaq olmayan su anbarına qədər gedib çıxdığı məlum olub. Onun cansız bədəni də elə oradakı kanalda aşkarlanıb.

Mərhumun qohumunun sözlərinə görə, ailə mehriban və qayğıkeş olub:

"Ailəsi üçün ağır dərddir. Normal, övladının qayğısına qalan bir ailədir. Uşaq valideynlərinin gözündən yayınıb, yaxınlıqdakı gölün ətrafına gedib və ayağı sürüşərək suya düşüb. Hadisədən heç kimin xəbəri olmayıb".

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

 


SON XƏBƏRLƏR