q
  • Bakı 13° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

"Hürriyət"in rəhbəri köçürüldü

HADİSƏ

04 May 2026 | 12:46

Hürriyətin rəhbəri köçürüldü

“Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

V.Məmmədova yekun olaraq təkrar hədə-qorxu ilə xeyli miqdarda tələb etmə maddəsi ilə yekun ittiham verilib.

İş üzrə üç şirkət zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxsin vəkili Aqil Layıc deyib ki, müvəkkilinin işi Prezident Administrasiyasının sabiq rəisi Ramiz Mehdiyevin cinayət işindən ayrılıb. O, xüsusilə ağır cinayətdə ittiham edilməyən V.Vüqar Məmmədovun ev dustaqlığına buraxılmasını istəyib. 

Prosesdə qaldırılan digər vəsatət isə təqsirləndirilən şəxsin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı olub. Birinci vəsatət rədd, ikincisi isə təmin edilib. V.Məmmədovun Bakı İstintaq Təcridxanasına etap edilməsi qərara alınıb.

İlk baxış iclası da mayın 18-nə təyin edilib.

Qeyd edək ki, V.Məmmədov DTX tərəfindən “Hurriyyet TV”də keçirilən əməliyyatla həbs edilib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. /qafqazinfo


SON XƏBƏRLƏR

03 May 2026