• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işinə aid 1 milyon sənəd əldə edib

DÜNYA

25 Dekabr 2025 | 09:52 | Müəllif: Əli Hüseynov

ABŞ Ədliyyə Nazirliyi Epşteyn işinə aid 1 milyon sənəd əldə edib

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn işi ilə əlaqəli ola biləcək bir milyondan çox sənədin əldə edildiyini açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla bildirilir ki, məlumata görə, sənədlər FTB və Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ Prokurorluğu tərəfindən aşkarlanaraq nazirliyə təhvil verilib.

Nazirlik qurbanların qorunması məqsədilə qanuni senzura tətbiq olunacağını və materialların mərhələli şəkildə onlayn bazada yayımlanacağını qeyd edib.

Dərc olunan sənədlərdə ABŞ prezidenti Donald Trampın Epşteynin şəxsi təyyarəsində 1993–1996-cı illər arasında ən azı səkkiz dəfə səyahət etdiyi iddia olunur.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026