Kamboca və Tayland sərhədində 7 dekabrdan bəri davam edən toqquşmalarda ümumilikdə 96 nəfər həlak olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadən xəbə verir.
Belə ki, Kamboca ordusu Taylandı Bantey Minçey əyalətindəki kəndə artilleriya zərbəsi endirməkdə ittiham edir, Tayland isə Kambocanın Sa Kaeo əyalətinə raket hücumları həyata keçirdiyini bildirir.
Məlumata görə, hər iki ölkə on minlərlə insanın didərgin düşdüyünü açıqlayıb. Gərginlik fonunda tərəflər sərhəd keçid məntəqəsində üç günlük hərbi danışıqlara başlayıb.
Əli Hüseynov
Bakı 



