• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İranda  iki İŞİD üzvü edam edilib

DÜNYA

24 Yanvar 2026 | 10:50 | Müəllif: Əli Hüseynov

İranda iki İŞİD üzvü edam edilib

İrandan Kərbəla ziyarətinə gedən zəvvarların avtobusunun partladılmasına görə təqsirləndirilən iki İŞİD üzvü edam edilib.

Bakıvaxtı.az Tasnim-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə orqanları məlumat yayıb.

Qeyd edilib ki, Tehranın İlam əyalətində avtobusun partladılmasında iştirak edən İŞİD terrorçuları - Rəsulun oğlu Amanç Karavançi və Abdullah oğlu Arslan Şeyxi (Abdürrahman) barəsində çıxarılan edam hökmü icra olunub.

Xatırladaq ki, hadisə 2023-cü ildə baş verib və nəticədə bir azyaşlı ölüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026