Fars körfəzində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz qüvvələri dörd milyon litr qaçaqmal yanacaq daşıyan tankeri müsadirə edib.
Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadən xəbər verir.
Məlumata görə, gəmidəki 16 heyət üzvü də həbs edilib və onlar İran vətəndaşı deyil.
Komandan Abbas Qulamşahi bildirib ki, tanker mütəşəkkil qaçaqmalçılıq şəbəkəsinin bir hissəsi kimi yanacağı daha böyük gəmilərə ötürməyi planlaşdırırmış.
Bildirilib ki, gəmi və yanacaq məhkəmə orqanlarına təhvil verilib.
Əli Hüseynov
Bakı 




