• Bakı C

    11.62 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

Ən çox tələbə krediti ayrılan özəl universitetlər hansılardır? - AÇIQLAMA

CƏMİYYƏT

25 Dekabr 2025 | 11:30

Ən çox tələbə krediti ayrılan özəl universitetlər hansılardır? - AÇIQLAMA

Özəl universitetlərdə təhsil kreditlərinə maraq artmaqdadır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

O qeyd edib ki, 2021-ci ildə kreditlərin əksəriyyəti dövlət universitetlərinə ayrılıb, lakin özəl universitetlərdə də kreditdən istifadə edən tələbələr mövcuddur. Belə ki, Koperasiya Universiteti beşinci və ya altıncı sırada, Odlar Yurdu Universiteti isə on birinci yerdədir. Xəzər Universiteti, Qərb Universiteti və digər özəl təhsil müəssisələrindən də müraciətlər qeydə alınıb. Geniş siyahının ictimaiyyətlə paylaşılacağı bildirilib.

Əzimov əlavə edib ki, peşə təhsilinə maraq artıb və 2021-ci ildə bu istiqamətdə kreditlərin verilməsi barədə statistika maraqlı olar. O həmçinin imtina olunan müraciətlərin səbəblərinin açıqlanmasının tələbələr üçün faydalı olacağını qeyd edib.

Fondun gələcəkdə özəl sektor və banklarla əməkdaşlıq mexanizmlərini nəzərdən keçirdiyi də vurğulanıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 Dekabr 2025