Ali Məhkəmədə quru meyvə satışı ilə məşğul olmuş iş adamı Elman Ağasıyevin barəsindəki kassasiya şikayətinə baxılıb.
Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Qəbələ rayon sakini Elman Ağasıyev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində hüquq-mühafizə orqanlarına 4 nəfərin şikayət etdiyi qeyd olunur. Məlumata görə, Elman Ağasıyev həmin şəxslərin müvafiq olaraq 10.000, 85.850, 132.000 və 18.000 manat məbləğində vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
Quru meyvə alqı-satqısı ilə məşğul olan tərəflər arasında narazılıq yaranıb və araşdırma zamanı onun külli miqdarda dələduzluq etdiyi üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Ağasıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı 




