“Azərbaycan və Ermənistanın sərhəd komissiyaları işləyib, işləyir, onlar həmçinin işçi sənədləri üzərində işləyirlər, gələcək tədbirləri planlaşdırırlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ancaq onu da söyləmək istəyirəm ki, regionda kommunikasiyaların (nəqliyyat dəhlizlərinin) açılması sərhədin demarkasiyası prosesi ilə bağlıdır”, - Baş nazir əlavə edib.
Paşinyanın sözlərinə görə, dəmir yolu, qaz kəməri və ya elektrik xətlərinin keçəcəyi hissədə tikinti işlərinə başlamazdan əvvəl sərhədin haradan keçdiyini dəqiq şəkildə müəyyən etmək vacibdir./Teleqraf
Bakı 




