• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Avtobus qəzasında yaralananların SON DURUMU

CƏMİYYƏT

25 Dekabr 2025 | 14:56

Avtobus qəzasında yaralananların SON DURUMU

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. 

3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, bu gün Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı "Suzuki" markalı avtobus qarşıda hərəkətdə olan "Mercedes" markalı avtobusla toqquşub. Hadisə nəticəsində 3 nəfər həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, hazırda istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026