Böyük Britaniyanın Bakıdakı səfirliyi "Azərbaycan Hava Yolları"nın (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün biz Azərbaycan Hava Yollarına məxsus 8243 saylı reysin qurbanlarını yad edirik. Britaniyanın Bakıdakı səfirliyinin bütün əməkdaşları olaraq, bu faciədən təsirlənən hər kəsin yanındayıq. Bu faciədən zərərçəkənlərə, onların ailələrinə və hər kəsə başsağlığı veririk", - paylaşımda deyilir.
Bakı 




