• Bakı 26° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Əmircanda məscid bərpa olunacaq

CƏMİYYƏT

25 Dekabr 2025 | 17:39

Əmircanda məscid bərpa olunacaq

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir, bərpa və tikinti işlərinin aparılması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi hazırlıqlara başlayıb.

İşləri "Fortis Construction" MMC həyata keçirəcək və əvəzində 509 min manat haqq alacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il mayın 5-də həmin məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün sərəncam imzalayıb. Sərəncamla dövlət başçısının ehtiyat fondundan Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026