• Bakı C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Urbisidə məruz qalan Ağdamda yeni həyat: Abad şəhər görəcəyik…

CƏMİYYƏT

25 Dekabr 2025 | 16:10

Urbisidə məruz qalan Ağdamda yeni həyat: Abad şəhər görəcəyik…

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.

Bakıvaxtı.az-ın məlumatına görə, dövlətimizin başçısı görüşdə çıxışı zamanı bildirib ki, işğal dövründə Ağdam demək olar, urbisidə məruz qalıb:

"Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birincisi, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir, müxtəlif yerlərdə, Ermənistan ərazisində satılmışdır”.

Prezident qeyd edib ki, digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi.

“Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq idi ki, artıq burada yaşayış mümkün olmasın, azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, bu şəhərləri, kəndləri bərpa edək. Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır", - prezident vurğulayıb.

Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas Bakıvaxtı.az-a bildirib ki, Ağdam bu gün sürətlə yenidən qurulan, dirçələn şəhərlərimizdən biridir.

Onun sözlərinə görə, artıq şəhərin iki məhəlləsi tam hazır vəziyyətə gətirilib və həmin ərazilərə köç prosesi başlanıb:

“İnsanların mərhələli şəkildə Ağdama qayıdışı, onların şəhərdə məskunlaşması davam etdirilir, gündəlik həyat tədricən bərpa olunur. Yeni ildən etibarən isə şəhərin qurulması, tikinti və abadlıq işləri daha da intensivləşəcək. Müasir yaşayış binalarının, sosial və ictimai obyektlərin inşası, yolların salınması, yaşıllıq zolaqlarının yaradılması nəzərdə tutulur”.

Aqil Abbas: Ağdam həm də ora qayıdan insanların həyatı ilə dirçələcək

A.Abbas vurğulayıb ki, bütün bu işlər Ağdamın həm rahat yaşayış məkanına, həm də müasir şəhər mühitinə çevrilməsinə xidmət edir.

Müsahibimiz bildirib ki, nəticə etibarilə, qarşıya qoyulan hədəflərə uyğun olaraq, gözəl, abad, səliqəli və göz oxşayan bir Ağdam şəhərinin formalaşmasının şahidi olacağıq:

“Bu şəhər təkcə yenidən tikilən binalarla deyil, həm də ora qayıdan insanların həyatı ilə dirçələcək".

Aynur Babazadə


SON XƏBƏRLƏR