2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb. 2025-ci ilin dekabr ayının 25-ə qədər Azərbaycan ərazisində 5543, Azərbaycan və ona bitişik ərazilərdə 8993 yeraltı təkanlar qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə professor Qurban Yetirmişli bildirib.
Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb. Seysmik stansiyalar tərəfindən il ərzində 2400 yeraltı partlayışlar qeydə alınıb.
Bakı 




