• Bakı C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Sumqayıtda yaşayış binasında yanğın - 9 nəfər təxliyə edildi

HADİSƏ

25 Dekabr 2025 | 16:35

Sumqayıtda yaşayış binasında yanğın - 9 nəfər təxliyə edildi

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və tüstülənmiş mənzillərdən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


SON XƏBƏRLƏR