Bakıda iş yoldaşı Pünhan Fərzalını qətlə yetirməkdə ittiham olunan çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Ş.Ağayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisəsinə tərəflərin iş yerində yaranan mübahisə olub.
Qeyd edək ki, hadisə 2024-cü ilin martında Yasamal rayonu ərazisində baş verib. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Ş.Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Bakı 




