Rusiyanın Xalq artisti Vyera Alentova 83 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Püşkin Teatrı məlumat yayıb.
Bildirilib ki, aktrisa həmkarı Anatoli Loboçkinin yas mərasimində özünü pis hiss edib və təcili tibbi yardım çağırılıb. Onun vəziyyəti ağır olub və təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun vəfatının səbəbi infarkt olub.
Qeyd edək ki, Vyera Alentova "Moskva göz yaşlarına inanmır", "Sabah müharibə olacaq", "Arzular vaxtı" kimi məşhur filmlərdə rol alıb.
Bakı 




